...

MN: Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2017 10:24 (UTC +04:00)
Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
MN: Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır

Bakı. Trend:

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Eyni zamanda, sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti