Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin premyerası keçirildi (FOTO)

Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin premyerası keçirildi (FOTO)

Bakı. Trend:

Fevralın 21-də amerikalı kinematoqrafların Xocalı soyqırımına dair ekranlaşdırdığı sənədli filmin Los Ancelesdə premyerası keçirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

“Zülmətdən qaçarkən” (Running from the Darkness) adlı filmin premyerası dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində nümayiş etdirilib. Qeyd edək ki, Tolerantlıq Muzeyi dünyada Holokosta (yəhudilərin soyqırımı) həsr olunmuş ən böyük muzeylərdəndir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən təşkil edilən premyerada Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, müxtəlif şəhərlərin merləri və şəhər şuralarının üzvləri, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin Los Anceles nümayəndəliyinin aparıcı əməkdaşları, Dövlət Departamentinin təmsilçiləri, xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, Los Ancelesin xristiyan, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tolerantlıq Muzeyinin direktoru Lib Qeft tədbiri açaraq, belə bir önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. O qeyd edib ki, öz yaxın tarixində yaşadığı ağrılı faciələrə baxmayaraq, öz tolerantlıq ənənələrini qoruyub saxlayan Azərbaycan bu gün bütün dünyaya gözəl bir örnəkdir.

Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, sadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycan bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verir. N.Ağayev bildirib ki, belə bəşəri faciələrin qarşısının alınması üçün ən böyük vasitələrdən biri digər etnik kimliklərə və dini etiqadlara dözümlülüyün, tolerantlığın təşviq edilməsidir. Baş konsul vurğulayıb ki, Azərbaycan bu sahədə özünün dərin tarixi irsindən güc alaraq, bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də səmərəli iş aparır.

Daha sonra filmin istehsalçısı, Los Ancelesin “J-Connect” təşkilatının sədri Coş Kaplan çıxış edib. O, rəhbərlik etdiyi təşkilatın xalqlar arasında sülhün təşviqinə və gücləndirilməsinə böyük önəm verdiyini bildirərək, Xocalı faciəsinin dəhşətləri ilə tanış olduqdan sonra bu faciənin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması işinə laqeyd qala bilmədiklərini vurğulayıb. Filmin çəkiliş prosesi barədə danışan C.Kaplan layihə ilə əlaqədar kinematoqrafların dəfələrlə Azərbaycan səfər etdiklərini, Xocalı soyqırımının canlı şahidlərilə birbaşa təmas saxladıqlarını, onları ətraflı dinlədiklərini və onların ağrılarını filmdə əks etdirməyə çalışdıqlarını qeyd edib.

Sonra filmin nümayişi keçirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də, erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilib. Filmdə V.Martirosyan qeyd edir ki, Xocalı qətliamı erməni xalqının vicdanında qara bir ləkədir. Xocalı soyqırımı zamanı azərbaycanlıların məruz qaldığı qəddarlıqları əks etdirən foto və video materiallar film boyunca tamaşaçıları dərindən kədərləndirib.

Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan nümayişdən sonra tədbirdə iştirak edən Los Ancelesin müsəlman icmasının rəhbərlərindən Mahomed Xan, Los Anceles “Piko Şul” yəhudi sinaqoqunun ravvini Yona Bookstayn və Los Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Xuan Karlos Mendez öz müvafiq dini ənənələrinə uyğun olaraq, Xocalı qurbanlarının ruhuna və Azərbaycanda və dünyada sülhün güclənməsi naminə birgə dua ediblər.

Tədbirdə sözügedən din xadimləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis edilmiş “Dinlərarası Tolerantlıq Mükafatı” ilə təltif olunublar. Təltifolunma mərasimindən sonra hər üç din xadimi Azərbaycanın multikultural dəyərləri və güclü tolerantlıq irsi barədə çıxış edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər. Tədbir Azərbaycan və Avropa klassik musiqi əsərlərindən nümunələrin canlı ifası ilə başa çatıb.

Gürcüstandakı insident barışıqla başa çatdı
Gürcüstandakı insident barışıqla başa çatdı
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Bütün xəbərlər