...

İndoneziya televiziyasında Xocal faciəsi barədə “Sonsuz Dəhliz” filmi nümayiş olunub (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 15:59 (UTC +04:00)
İndoneziyanın “TV9 Nusantara” televiziya kanalında “Sonsuz Dəhliz” sənədli filmi yerli dildə alt yazısı ilə günün əsas saatında yayımlanıb.
İndoneziya televiziyasında Xocal faciəsi barədə “Sonsuz Dəhliz” filmi nümayiş olunub (FOTO/VİDEO)

Bakı. Trend:

İndoneziyanın “TV9 Nusantara” televiziya kanalında 23 fevralda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar 50 dəqiqəlik “Sonsuz Dəhliz” (Endless Corridor) sənədli filmi yerli dildə alt yazısı ilə günün əsas saatında (axsam saat 21:00) yayımlanıb.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, “TV9 Nusantara” televiziya kanalı mərkəzi Surabayada yerləşməklə geniş yayım əhatəsinə malikdir. TV kanalı adi antena ilə yanaşı, rəqəmsal, kabel, onlayn (internet) canlı, “İOS”, “Android” mobil operator sistemləri proqramları və peyk antenası vasitəsi ilə İndoneziyanın daxili və xaricində ödənişli və ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Film telekanal tərəfindən 14 fevral tarixindən etibarən, 9 gün ərzində müxtəlif saatlarda 100 dəfəyədək anons edilib. Əlavə olaraq, “Jurnal Utama” xəbərlər buraxılışında sənədli filmə (Xocalı soyqırımına) dair 15 dəqiqəlik xəbər verilib.

“TV9 Nusantara” televiziya kanalı rəhbərliyinin məlumatına görə, izləyicilərin maraq və təkliflərini nəzərə alaraq, filmin təkrar nümayiş etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti