...

İran müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2017 14:09 (UTC +04:00)
İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırır
İran müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Fatih Kərimov Trend:

İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırır.

Trend-in məlumatına görə, bunu Hüseyn Dehqan İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

H.Dehqan deyib ki: "Ümid edirəm ki, Azərbaycan və Ermənistan üçüncü tərəflərə münaqişəyə qarışmağa imkan verməyəcəklər. Çünki bu yalnız böhranın dərinləşməsinə gətirib çıxara bilər".

H.Dehqan qeyd edib ki, regionda yeni bir böhrana yer yoxdur.

İran müdafiə naziri İran və Azərbaycan arasında daha sıx hərbi əməkdaşlığın və Tehran ilə Bakı arasında əlaqələri pozmaq istəyən üçüncü tərəflərin qarşısını almaqda birgə səylərin göstərilməsinin zəruriliyini vurğulayıb.

H.Dehqan qeyd edib ki, Azərbaycan və İran liderlərinin və yüksək vəzifəli şəxslərinin intensiv görüşləri göstərir ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti