...

Ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətlərində problemlər yaranıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2017 12:37 (UTC +04:00)
Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir.
Ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətlərində problemlər yaranıb

Bakı. Elçin Mehdiyev – Trend:

Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, bu məsələ gündəlik olaraq Dövlət Komissiyasının diqqət mərkəzindədir:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların sağlamlıq vəziyyətinin yoxlanılacağını bildiriblər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti