Bakı. Anaxanım Hdayətova - Trend:
Cənubi Qafqaz Moskvanın birbaşa maraqları dairəsindədir və digər ölkələrin bu bölgədəki münaqişənin həllində fəal iştirak edəcəyini fikirləşmək sadəlöhvlük olardı.
Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.
Ekspertin sözlərinə görə, Moskva tarixi olaraq Ermənistanın təhlükəsizliyinin təminatçısı olub:
“Ona görə də təəccüblü deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən davamlı və ciddi vasitəçidir. Rusiyanın ən böyük qələbəsi ondan ibarətdir ki, o münaqişənin həlli prosesini tam nəzarətdə saxlayır və Ermənistanın təxribatlarına uymur”.
Ekspert qeyd edib ki, münaqişə tərəflərinin barışması yalnız diplomatik danışıqlar nəticəsində Azərbaycan ərazilərinin qaytarılması təqdirində mümkündür.