...

ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2017 13:22 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının 26-cı sessiyası 5-9 iyul tarixlərində Minskdə keçiriləcək.
ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT Parlament Assambleyasının 26-cı sessiyası 5-9 iyul tarixlərində Minskdə keçiriləcək.

Trend-in məlumatına görə, illik sessiyada 300-dən çox parlamentarinin iştirakı gözlənilir.

Sessiyanın mövzusu "ATƏT məkanında sülh və çiçəklənmə naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi" olacaq.

İclasın yekunu üzrə Minsk Bəyannaməsi qəbul olunacaq.

Həmçinin sessiya çərçivəsində isveçli parlamentari Marqaret Sederfildin ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsinə toxunan məruzəsi oxunacaq və müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti