...

Milli Qəhrəman Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2017 18:00
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Milli Qəhrəman Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə qəhrəmanın xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı Aqil Abbas və digər çıxış edənlər erməni işğalından və düşmənə qarşı döyüşlərdə igidlik, fədakarlıq nümunəsi göstərmiş polkovnik-leytenant Ş.Mirzəyevin keçdiyi şərəfli döyüş yolundan danışıblar.

Qeyd edilib ki, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı ilə seçilən Ş.Mirzəyevin döyüş yolu gənc nəslə örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik bacarığı nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi, Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi.

1992-ci ildə Ş.Mirzəyev Sırxavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti