...

Nazir müavini: BƏƏ həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2017 20:12 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Nazir müavini: BƏƏ həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı. Ləman Zeynalova - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindəndir:

"Bu, Azərbaycan üçün əhəmiyyətli dəstək idi".

M.Məmməd-Quliyev qeyd edib ki, Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. O iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir müavininin sözlərinə görə, Azərbaycan BƏƏ ilə iqtisadi əlaqələrin inkişafına böyük önəm verir.

Nazir müavini bildirib ki, Azərbaycan BƏƏ-nin ölkənin nəqliyyat layihələrində iştirakını alqışlayır.

M.Məmməd-Quliyev əlavə edib ki, gələn ilin martında "Ehtihad Airways" Bakı-Abu Dabi marşrutu üzrə uçuşlara başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti