...

Fransa səfiri: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2018 16:04 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.

O bildirib: “Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər”.

Qeyd edək ki, bu gün Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, daha sonra isə erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti