...

İstanbulda “Xocalıya ədalət” həftəsi qeyd olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2018 18:44 (UTC +04:00)
Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
İstanbulda “Xocalıya ədalət” həftəsi qeyd olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, deputat Yeni Yüzyıl, Bahçeşehir və Aydın Universitetlərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anma konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı qətliamı barədə çıxış edəcək.

Konfranslar zamanı universitetlərdə Xocalıda dinc əhalinin etnik mənsubiyyətinə görə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini əks etdirən fotoşəkillər, kitablar və digər sənədlərdən ibarət sərgilər təşkil olunacaq.

Tədbirlərdə Türkiyənin millət vəkilləri, rektorlar, bələdiyyə başçıları, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti