...

Nazir: İşğalçı Ermənistan faktaraşdırıcı missiyaların həyata keçirilməsinə əngəllər törədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2018 16:12 (UTC +04:00)
İşğalçı Ermənistan faktaraşdırıcı missiyaların həyata keçirilməsinə əngəllər törədir.
Nazir: İşğalçı Ermənistan faktaraşdırıcı missiyaların həyata keçirilməsinə əngəllər törədir

Quba. Cani Babayeva - Trend:

İşğalçı Ermənistan faktaraşdırıcı missiyaların həyata keçirilməsinə əngəllər törədir.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada XIX əsrə aid Gümbəzli hamamın bərpadan sonra açılış mərasimində deyib.

Nazir qeyd edib ku, işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi memarlıq abidələri müflisləşərək qalır: "Çünki orada gedən işlər həmin abidələrin qorunmasına, bərpasına imkan vermir. Erməni işğalçıları tərəfindən bu məkanlar dağıdılır, özününküləşdirilir, abidələrin tarixi dəyişdirilir. Əfsuslar olsun ki, biz bu məsələ ilə bağlı ciddi hərəkətə keçə bilmirik. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra bu işlərlə ciddi şəkildə məşğul olacağıq".

Ə.Qarayev əlavə edib ki, buna baxmayaraq Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında bu məsələləri də qaldırır: "Faktaraşdırıcı missiyaların Azərbaycana gəlməsi ilə bağlı müraciət etmişik, lakin işğalçı Ermənistan bu missiyaların həyata keçirilməsinə müxtəlif əngəllər törədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti