...

XİN: Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2018 18:37 (UTC +04:00)

Bakı. Əli Mustafayev - Trend:

Rusiya tam səmimiyyətlə ümid edir ki, Ermənistanda daxili vəziyyətin sabitləşməsindən sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz mövqeyimizi dəfələrlə səsləndirmişik. Bu, dinc siyasi danışıqlar və razılaşmalar məsələsidir və bu məsələdə heç bir halda çətinliklər olmamalıdır. Çıxış yolu yalnız sülh danışıqları məcrasında olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti