...

Toyvo Klaar: Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2018 16:29 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir.
Toyvo Klaar: Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir.

Bunu Trend-ə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Bakıda səfərdə olan Toyvo Klaar deyib.

Təşkilat rəsmisinin sözlərinə görə, Aİ gərginliyin azalmasını, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasına konstruktiv yanaşmalarını alqışlayır:

“Aİ ümid edir ki, bu, münaqişənin qarşılıqlı kompromislər əsasında dinc nizamlanması məqsədilə mümkün qədər tez bir zamanda konkret və predmet danışıqlarla müşayiət olunacaq. Bununla əlaqədar, Aİ ATƏT Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.

Bundan başqa, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mətbuat xidmətinin rəhbəri Anri Dükenn Trend-ə bildirib ki, Azərbaycana ikigünlük səfəri çərçivəsində T.Klaar dövlət başçısı İlham Əliyevlə görüşüb, eləcə də xarici işlər naziri, müdafiə naziri və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşlər planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti