...

Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2020 22:11 (UTC +04:00)
Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı

Bakı. Trend:

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti