...

Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2020 16:13 (UTC +04:00)
Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib

Bakı. Trend:

Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur, bu barədə Ermənistandan qaynaqlanan bütün xəbərlər saxtadır.

P.Bülbüloğlu bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı cəbhəyə getmək üçün müraciət edib:

“Bu günlərdə səfirlikdə çoxlu sayda müraciət qəbul edilir. Onlar döyüşmək arzusunda olan vətənpərvər insanlardır. Biz onlara dərindən təşəkkür edirik. Amma bu gün bizim buna ehtiyacımız yoxdur, ordumuz tam təchiz olunub, bizim ən müasir silahlarımız var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti