...

Gürcü ekspert: Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 14:27 (UTC +04:00)
Gürcü ekspert: Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir

Bakı. Tamilla Məmmədova - Trend:

Dünya ictimaiyyəti Azərbaycanı ədalətli müharibəsində birmənalı olaraq dəstəkləməlidir.

Bunu Trend-ə gürcüstanlı ekspert Kaxa Pipiya deyib.

Onun sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra Azərbaycan xalqı onilliklər boyunca Ermənistan tərəfindən tarixi ədalətsizliyə məruz qalır. Erməni təcavüzü nəticəsində bir milyondan çox sakin öz yurdlarından didərgin düşüb və bütün bu müddət ərzində qayıdacağı vaxtı gözləyiblər:

“Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün danışıqlar aparmaq əvəzinə təxribatları dayandırmırdı, dünya ictimaiyyəti isə təəssüf ki, buna göz yumur”.

Ekspert əlavə edib ki, bu illər ərzində münaqişə dərinləşməkdə davam edib:

“Bu gün Azərbaycan Silahlı Qüvvələri Azərbaycan torpaqlarını erməni işğalından azad etməyə hazırdır, bunu beynəlxalq hüquq, BMT qətnamələri və tarixi ədalət də tələb edir. Bununla bağlı hesab edirəm ki, dünya ictimaiyyəti Azərbaycanı ədalətli müharibəsində birmənalı olaraq dəstəkləməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti