Bakı. Trend:
Yaponiya hökuməti Dağlıq Qarabağda münaqişə tərəflərini hərbi qarşıdurmanı dayandırmağa və danışıqlar masasına oturmağa çağırır.
Trend-in məlumatına görə, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato deyib.
O bildirib ki, rəsmi Tokio tərəfləri təmkinli davranmağa və dialoqa başlamağa çağırıb:
“Yaponiya hökuməti regionda baş verən və dinc sakinlər arasında qurbanlara səbəb olan hərbi toqquşmalarla əlaqədar ciddi narahatdır. Biz hadisələrin inkişafını diqqətlə izləməyi davam etmək niyyətindəyik”.