...

Sevil Mikayılova “Əl Cəzirə” telekanalına Ermənistanın Azərbaycana qarşı davam edən təxribatları ilə bağlı müsahibə verib (VİDEO/FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2020 14:56 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Azərbaycana qarşı təxribatları və cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı “Əl Cəzirə” televiziya kanalına müsahibə verib.

Trend-in məlumatına görə, S.Mikayılova vəziyyətin gərginləşməsində Ermənistan hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını diqqətə çatdırıb. Deputat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qətnamələri 30 ilə yaxındır ki, Ermənistan tərəfindən icra edilmir. S.Mikayılova son illərdə Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqların dalana dirəndiyini vurğulayıb.

Deputat müsahibəsində vurğulayıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti