...

Türkiyə hökuməti: Ermənistan qoşunları öz məğlubiyyətini taktiki geri çəkilmə ilə ört-basdır edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 12:26 (UTC +04:00)
Türkiyə hökuməti: Ermənistan qoşunları öz məğlubiyyətini taktiki geri çəkilmə ilə ört-basdır edir

Bakı. Trend:

Ermənistan qoşunları öz məğlubiyyətini taktiki geri çəkilmə ilə ört-basdır edir.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, “taktiki geri çəkilmə” Ermənistanın işğal etdiyi ərazilərdə əks-hücumu davam etdirən Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüş meydanında məğlubiyyətin etiraf olunması deməkdir:

“Taktiki geri çəkilmə barədə açıqlama Ermənistanın daxili auditoriyasına hesablanıb”.

Qeyd olunub ki, özünə hörmət edən ölkələr Azərbaycanı dəstəkləməlidir, çünki hərbi əməliyyatlar bu ölkənin ərazisində gedir:

“Azərbaycan şəhərlərini atəşə tutan Ermənistan qoşunlarından fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri öz ərazilərini işğaldan azad edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti