...

Arzu Nağıyev: Bütün beynəlxalq təşkilatlar bizi dəstəkləməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 11:35 (UTC +04:00)
Arzu Nağıyev: Bütün beynəlxalq təşkilatlar bizi dəstəkləməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

“İndiyə qədər ABŞ-da Azərbaycanı işğalçı kimi göstərməyə cəhdlər olub. Lakin bu, baş tutmayıb. Son vaxtlar Azərbaycan ordusunun apardığı əks-həmlə əməliyyatları, eyni zamanda Azərbaycan ordusunun zəfərləri yenidən bu məsələni gündəmə gətirib. Əsas məqam ondan ibarətdir ki, ABŞ konqresində ermənipərəst bir neçə konqresmen bu məsələyə yenidən qayıdıb”.

Trend-in məlumatına görə, bunu Arzu Nağıyev Milli Məclisdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Deputatın sözlərinə görə, onlar çalışırlar ki, yenidən 1165 saylı qətnamə ilə Azərbaycan haqqında xoşagəlməz qərarlar qəbul etdirsinlər: “ABŞ-ın Nümayəndələr Palatasında təxminən 116 nəfərdən ibarət erməni qrupu olsa da, 435 üzvü olan Nümayəndələr Palatasının bu qətnamayə tam şəkildə səs verəcəyi inandırıcı görünmür. ABŞ-da yaşayan azərbaycanlılar, ümumiyyətlə bütün həmvətənlərimiz Nümayəndələr Palatasının üzvlərinə zənglər, müraciətlər edir və bu qətnamənin qəbul edilməməsi üçün çağırışlar edir”.

A.Nağıyev vurğulayıb ki, bu gün ABŞ-da təxminən 40 minə yaxın azərbaycanlı yaşayır: “Mənim də bir deputat kimi müraciətim ondan ibarətdir ki, vətənimizin belə bir günündə bütün konqresmenlərə, senatorlara, bütünlükdə beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər ünvanlansın. Düşünürəm ki, Azərbaycan haqq yolundadır və son işğalçı Azərbaycan torpaqlarından çıxana qədər mübarizəmiz davam edəcək. Bütün beynəlxalq təşkilatlar bizi dəstəkləməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti