...

Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandiri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 16:39 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandiri ilə görüşüb

Bakı. Trend:

Ermənistanın müdafiə naziri David Tonoyanla Dağlıq Qarabağda yerləşdiriləcək rusiyalı sülhməramlıların komandiri, general-leytenant Rüstəm Muradov arasında görüş keçirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, görüş zamanı sülhməramlı missiyanın təşkili və reallaşdırılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti