Bakı. Trend:
Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı deyib.
O bildirib ki, bu gün Dağlıq Qarabağın statusu yoxdur:
“Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.
Səfir əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.