...

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir - Mariya Zaxarova

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2020 17:59 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir - Mariya Zaxarova

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, münaqişənin həlli ən vacib nailiyyətlərdən biri olub:

"Burada Rusiyanın rolu aşkardır. Möcüzə ilə reallıq arasında vacib bir seqment var: iş. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatının arxasında nəhəng iş dayanır və bu sənədin reallaşması bu işlə bağlıdır. Bundan sonra da qarşıda kompleks işlər dayanır. Sülh olanda, çox şeyə nail olmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti