...

VARDAN OSKANYAN: ERMƏNİSTAN VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİNİN KAZAN GÖRÜŞÜ HƏR İKİ ÖLKƏNİN XİN BAŞÇILARINA İŞLƏRİNİ DAVAM ETDİRMƏK İMKANI VERİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2005 17:00 (UTC +04:00)

(Mediamaks) - Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Yerevanda Ermənistan və Azərbaycan prezidentlərinin avqustun 27-də Kazan görüşünün bu ölkələrin XİN başçılarına işlərini davam etdirmək imkanı verməsinə dair bəyanatla çıxış edib.

O, brifinqdə bildirib ki, prezidentlər Robert Köçəryan və İlham Əliyev bu görüşdə gələcək sülh sazişi üzərində işləməyiblər və prinsipial məsələləri müzakirə ediblər. Danışıqların gedişini isə müsbət qiymətləndirmək olar.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan dövlət başçılarının hər bir görüşündən əvvəl onun başa çatmasından sonra xarici işlər nazirlərinin çıxılmaz vəziyyətdə qalacaqları təhlükəsi yaranır. Bu gün belə vəziyyət mövcud deyil", - deyə V.Oskanyan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti