...

VARDAN OSKANYAN: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN ƏLVERİŞLİ AN ÇATIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2005 15:18 (UTC +04:00)

/ARKA/ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverihli zaman yetişib. Trend in məlumatına görə, bu barədə Yerevanda Avropa Şurasının xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinə həsr olunmuş sentyabrın 29-da keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bəyan edib. "Nizamlama prosesində müsbət irəliləyişlər var və bizim vəzifəmiz Azərbaycanda seçkilərdən sonra bu imkanlar istifadə etmək və nəticə əldə etməkdir ", - deyə o bildirib.

Ölkənin xarici siyasət idarəsinin təhbəri qeyd edib ki, danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam edir və digər Avropa strukturlarının bu məsələyə cəlb olunması nəzərdə tutulmayıb.

Öz növbəsində, AŞ-nın Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye bildirib ki, münaqişənin həllində həqiqətən dinamika əldə olunub və irəliləyiş hər iki tərəfin bu imkandan istifadə edib-etməyəcəyindən asılıdır. O həm də əlavə edib ki, münaqişənin həlli regional əməkdaşlığın bərpa olunmasına da imkan verəcək.

Xəbər lenti

Xəbər lenti