...

Qoşunların təmas xəttində monitorinq dinc şəraitdə keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2005 16:27 (UTC +04:00)

Oktyabrın 25-də Tərtər rayonunun Borsunlu kəndi sahəsində qoşunların təmas xəttində monitorinq keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq reallaşıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Oleksandr Samarski keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal, Harri Eronen və Yuri Aberle keçirib.

Ramiz Məlikovun sözlərinə görə, günün birinci yarısı həyata keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb. "Hər iki tərəfin müşahidəçisi monitorinqin nəticəsini yüksək qiymətləndirib", - deyə R.Məlikov bildirib.

Xəbər lenti

Xəbər lenti