...

Novruz Məmmədov: "Parlament seçkiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə heç bir təsir göstərmir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2005 17:53 (UTC +04:00)

"Azərbaycanda keçiriləcək parlament seçkiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət və mənfi təsir göstərmir". Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O, ATƏT-in Minsk qrupu həmsədri Yuri Merzlyakovun Azərbaycan və Ermənistanda daxili siyasi gündəliyin gərgin olması ilə əlaqədar MQ həmsədrlərinin regiona növbəti səfərinin dekabrın ortalarında baş tutacağı ilə bağlı fikrinə öz münasibətini açıqlayıb.

Onun sözlərinə görə, noyabrda Ermənistanda referendumun, Azərbaycanda isə parlament seçkilərinin keçiriləcəyinə baxmayaraq hər iki ölkədəki mövcud vəziyyət müqayisəedliməzdir. Azərbaycan tərəfi hesab edir ki, ilin sonuna kimi XİN başçılarının MQ həmsədrləri ilə görüşmələrinə və vasitəçilərin regiona səfər etmələrinə heç bir maneə yoxdur.

N.Məmmədov Y.Merzlyakovun həmsədrlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflərin hazırlanması ilə bağlı fikirinə münasibət bildirməkdə çətinlik çəkib. "Son bir neçə ay ərzində, xüsüsilə yay aylarında müunaqişənin həlli ilə bağlı sülh danışıqları fəallaşıb. Biz mıünaqişənin həlli sahəsində müsbət cəhətlərin olduğunu qeyd etsək də bu, tərəflərin mövqeyinin kifayət qədər yaxın olması demək deyil. Güman edirəm ki, həmsədrlər bu cəhətlər üzərində işləyərək müəyyən təkliflər hazırlamaq istəyirlər", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti