Yanvarın 12-də ATƏT-in hazırkı sədrinin şəxsi mandatına uyğun olaraq Goranboyun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məbtuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jiri Aberle aparır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitrinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen, Oleksand Samarski və İmre Palatinus keçirəcək.