...

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ poblemi üzrə London məsləhətləşmələri intensiv aparılır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2006 13:14 (UTC +04:00)

Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri arasında intensiv məsləhətləşmələr aparılır. Bu barədə Londonda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesi çərçivəsində ikigünlük məsləhətləşmələri şərh edərkən bəyan edib.

Azərbaycanın Xarici İşlər nazirliyinin informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadənin Trend ə xəbər verdiyi kimi, Londonda məsləhətləşmələr hər iki nazir və MQ həmsədrlərinin iştirakı ilə gecə yarısına kimi davam edib.

Danışıqlar yanvarın 19-da da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti