...

İşğal altındakı ərazilərdə erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2006 15:54 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi yanvarın 31-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi" mövzusunda dəyirmi masa keçirib. Trend in məlumatına görə, tədbirdə işğal olunmuş ərazilərin rayon icra hakimiyyətlərinin nümayəndələri, ölkənin tanınmış ziyalıları və bir çox qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.

Tədbirdə dəyirmi masa iştirakçıları BMT-yə, YUNESKO-ya, Avropa Şurasına, ATƏT-ə, Minsk Qrupunda həmsədr olan ölkələrin başçılarına müraciət qəbul edib. Müraciətdə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması uğrunda ermənilərin başladıqları müharibə, bu təcavüzün ağır nəticələri, qurbanları barədə danışılır. İndi Ermənistan adlanan Qərbi Azərbaycandakı və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdılması, onların saxtalaşdırılması, müqəddəs ziyarətgahların təhqir və məhv edilməsi barədə məlumat verilir. Müraciətdə beynəlxalq təşkilatlar, xüsusən də BMT, YUNESKO, AŞ, ATƏT və Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları Ermənistanın azərbaycanlılar yaşamış bölgələrində və işğal olunmuş Azərbaycan ərazilərində bu cür erməni vandalizminin qarşısının alınması və bu prosesin dayandırılması sahəsində qətiyyətli tədbirlər görməyə çağırılır.

Xəbər lenti

Xəbər lenti