...

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 8-9-da Parisdə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2006 13:46 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 8-9-da Parisdə məsləhətləşmələr aparmaq niyyətindədir. Bu barədə Trend ə Rusiya Xarici işlər nazirliyinin Dağlıq Qarabağ üzrə qrupundan məlumat verilib.

Qrupdan bildirilib ki, rusiyalı həmsədr Yuri Merzlyakov amerikalı və fransalı həmkarları Stiven Mənn və Bernar Fasye ilə görüşmək üçün fevralın 8-də Parisə yola düşüb. Məsləhətləşmələr Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın fevralın 10-11-də Paris yaxınlığında (Rambuya) növbəti görüşü ərəfəsində aparılır.

Həmsədrlər məsləhətləşmələr zamanı dövlət başçıları arasında qarşıdakı danışıqların detallarını müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti