...

Əli Həsənov: "Beynəlxalq donorların məcburi köçkün və qaçqınlara etdiyi yardlımların həcmi azalır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2006 15:58 (UTC +04:00)

Beynəlxalq təşkilatların Azərbaycanda məcburi köçkün və qaçqınlara etdiyi yardlımların həcmi bu il 30 milyon dollar məbləğində planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə baş nazirin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət klomitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov onu da vurğulayıb ki, beynəlxalq təşkilatlar tərəfindən edilən maliyyə yardımlarının azlığından məcburi qaçqın və kökünlərimiz əziyyət çəkmirlər: "Ona görə ki, bu boşluğu Azərbaycan dövləti tam kampensasiya edir. Əgər 10 il bundan öncə bütün beynəlxalq təşkilatların bir il ərzində Azərbaycana etdiyi yardımların məbləği 75-80 milyon dollar həcmində idisə, bu rəqəm indi 30 milyona dollara enib. Ancaq Azərbaycan hökumətinin bir ildə sərf etdiyi məbləğ 100 milyon dollardan yuxarıdır".

Nazir qaçqın və məcburi köçkünlərə edilən yardımların azalmasını digər səbəblə də əlaqələndirib: "Beynəlxalq təcrübədə belə konflik zonalarda humanitar təşkilatlar ilkin yardımlarını göstərirlər. Bu yardımların da müəyyən müddəti var. Bu müddət ərzində ya problem həll olunur, ya da yükü hökumət öz üzərinə götürür. Bizim məlum problemimizin həlli uzundığından donorlar yeni konflikt yaranan nöqtələrə üz tuturlar".

Xəbər lenti

Xəbər lenti