...

ATƏT-in Minsk Qrupunun həmsədrləri may ayında regiona səfər etmək niyyətindədirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2006 15:46 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri may ayında Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etmək niyyətindədirlər.

Trend in ATI telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə MQ-nun fransalı həmsədri Bernar Fasye aprelin 11-də Bakıda bəyan edib.

MQ-nun ayrı-ayrı həmsədrlərinin regiona səfəri münaqişə tərəflərinin mümkün qədər yaxınlaşdırılmasına nail olmaqdır. Vasitəçi səfərin Ermənistanla Azərbaycan arasında danışıqların yeni mərhələsinin başlamasına yeni təkan verəcəyinə ümid etdiyni bildirib. B.Fasye ötən il vasitəçilərin "az iş görməlidiklərini" qeyd edərək prezidentlərin Rambuye görüşündə irəliləyişə nail olunmadığını bildirib. Bu zaman o, həmsədrlərin danışıqlar prosesində Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşünə yol aça biləcək "yeni imkanların" əldə olunacağına ümidvar olduğunu bildirib.

Fransalı həmsədr Bakıya konkret təkliflərlə gəldiyini, lakin onlar barədə danışa bilməyəcəyini bəyan edib. Bu zaman o, həmin təkliflərdə xüsusi yeniliyin olmadığını da əlavə edib. Onun sözlərinə görə, MQ yalnız yeni ideyalar verə və bununla da sülhün əldə olunmasına kömək edə bilər. B.Fasye həmçinin, orta xəttin tapılması üzrə məsuliyyətin münaqişə tərəfləri üzərində olduğunu, bunun isə tərəflərin qətiyyətli olmasının vacibliyini bildirib.

Qeyd edək ki, günün birinci yarısı B.Fasye Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüş bağlı qapılar arxasında keçib və onun yekunları ilə bağlı hər hansı bir bəyanat verilməyib.

Xəbər lenti

Xəbər lenti