...

Bernar Fasye: Vasitəçilərin bütün səyləri Əliyev və Köçəryan arasında növbəti görüşü mümkün etməyə yönəldilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2006 20:58 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasye aprelin 13-də İrəvanda bəyan edib ki, "hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsinə ümid yoxdur və vasitəçilərin son səyləri bu görüşü mümkün etməyə yönəldilib".

Mediamaks agentliyinin xəbər verdiyi kimi, İrəvanda keçirilmiş brifinqdə çıxış edən həmsədr bildirib ki, mayın əvvəllərində Minsk Qrupunun hər üç həmsədri regiona birgə səfər etməyi və münaqişə tərəflərinə "müəyyən yeni ideyalar" təqdim etməyi planlaşdırır.

"Söhbət danışıqlar prosesinin formatının dəyişdirilməsindn getmir. Praqa prosesi davam edir. Biz yalnız bəzi məsələləri təfərrüatı ilə işləmək istəyirik", - deyə Bernar Fasye qeyd edib.

Fransalı diplomat xatırladıb ki, bu yaxınlarda MQ-nin amerikalı həmsədri Stiven Mənn regiona səfər edib və daha sonra Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb.

B.Fasye gələn həftə S.Mənnin İrəvana və Bakıya təkrar səfər edəcəyini istisna etməyib. O vurğulayıb ki, həmsədrlərin regiona ayrı-ayrılıqda səfər etməsinə baxmayaraq, onların fəaliyyəti ciddi surətdə əlaqələndirilib.

B.Fasye bildirib ki, sabah Moskvada rusiyalı həmkarı Yuri Merzlyakov və bu ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti