...

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü planlaşdırılmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2006 13:20 (UTC +04:00)

Moskvada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüşün keçirilməsi ilə bağlı hələlik heç bir təklif olmayıb. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

O bildirib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov MDB ölkələrinin xarici işlər nazirləri Şurasının aprelin 21-də keçirilməsi planlaşdırılan iclasında iştirak etmək üçün aprelin 20-də Moskvaya yola düşəcək. Onun sözlərinə görə, aprelin 18-nə olan məlumata əsasən, Moskvada E.Məmmədyarov və V.Oskanyan arasında görüşün keçirilməsi istiqamətində heç bir təşkilati iş aparılmayıb ki, bu da görüşün keçirilməyəcəyi demək ola bilər.

Bununla yanaşı, T.Tağızadə qeyd edib ki, E.Məmmədyarovun Moskvaya səfər gündəliyinə digər ölkələrdən olan həmkarları ilə görüşlər daxil edilib.

Xəbər lenti

Xəbər lenti