...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə hazırlıq gedir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2006 14:40 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna səfərinə hazırlıq gedir. Bu barədə Trend ə Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.

Qeyd olunub ki, mayın 24-də ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək. Belə ki, missiyaya həmsədrlərdən başqa RF-nin xarici işlər nazirinin müavini Vladimir Karasin, Fransa XİN-in siyasi məsələlər üzrə direktoru Stanislas D'Labule və ABŞ dövlət katibinin köməkçisi Daniel Frid daxil olacaq.

Görüşdə Azərbaycanın ali rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində yaranmış vəziyyət və gələcək addımlar müzakirə olunacaq. Missiya Bakıdan İrəvana yola düşəcək. Səfər mayın 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti