...

2006-cı ilin may ayı ərzində Azərbaycanın 1 981 895 kv. metr ərazisi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2006 15:34 (UTC +04:00)

2006-cı ilin may ayı ərzində Azərbaycanın 1 981 895 kv. metr ərazisi minalardan təmizlənib. Azərbaycan ərazisinin minalardan təmizlənməsi üzrə Milli agentlikdən (ANAMA) Trend agentliyinə verilən xəbərə görə, bu dövr ərzində 1400 mina və partlamamış döyüş sürsatı (PHS) aşkar edilib və zərərsizləşdirilib.

Təmizləmə əməliyyatlarına 22 minaaxtaran it, 138 minaaxtaran şəxs, 15 PHS operatoru, 8 təcili tibbi yardım həkimi və 100-ə yaxın yardımçı işçi cəlb olunub.

ANAMA-nın fəaliyyət dövründə Azərbaycanın 27 299 248 kv. metr ərazisi təmizlənilib. Aşkar edilmiş və zərərsizləşdirilmiş PHS və minaların ümumi sayı 17 650 -dir.

2001-ci ilin sentyabr ayından 77 mina partlayışı nəticəsində cəmi 48 nəfər həlak olub, 108 nəfər isə müxtəlif dərəcəli yara alıb.

Xəbər lenti

Xəbər lenti