...

Rəfael Hüseynov: "Azərbaycan ərazilərində ermənilərin törətdikləri yanğınlar AŞPA-nın yay sessiyasında müzakirə olunacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2006 17:52 (UTC +04:00)

Ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində törətdikləri yanğınlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunda keçiriləcək yay sessiyasında müzakirə olunacaq.

Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

Millət vəkili deyib ki, AŞPA-nın ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin sonuncu iclasında müzakirə olunan məsələlərdən biri Avropada meşə yanğınlarının qarşısının alınması idi. Adətən ilin bu vaxtında Avropada meşə yanğanları baş verdiyindən bu məsələ komitənin gündəminə salınmışdı. R.Hüseynov qeyd edib ki, o, bu məsələ ilə bağlı öz fikirlərini bildirib. Qeyd edib ki, yanğınlar təbii proseslər nəticəsində baş verməklə yanaşı insanlar tərəfindən də qəsdən törədilir: "Mən orada qeyd etdim ki, ermənilər işğal etdikləri Ağdam rayonunda kütləvi yanğınlar törədirlər. Torpağın məhsuldar qatı, heyvanlar, bitki aləmi məhv olur. Mən bildirdim ki, ermənilərin vandalizm aktı Azərbaycanın işğal altında olmayan digər yerlərinə də mənfi təsirini göstərib".

Millət vəkili qeyd edib ki, öz çıxışında işğal altında olan Azərbaycan torpaqlarının nəzarətsiz olduğunun nəzərə alınmasını və yalnız Ermənistan dövlətinin bu yanğınlarda məsuliyyət daşıdığını önə çəkib: "Bildirdim ki, Avropa Şurası Ermənistandan bu yanğınların qarşısını almağı tələb etməlidir. Ətraf mühit komitəsinin sədri Valter Şmit müzakirələri yekunlaşdırarkən komitə üzvlərinin də bu xəbərdən narahat olduğunu bildirib. Söyləyib ki, AŞPA-nın yay sessiyasında mən bu məsələni bir daha qaldırım və tövsiyə olundu ki, bu məsələ partiya qrupları tərəfindən də diqqətdə saxlanılsın".

Xəbər lenti

Xəbər lenti