...

Ümumdünya Ərzaq Proqramı Dağlıq Qarabağ münaqişəsində zərər çəkmiş şəxslərə ərzaq yardımının göstərilməsi üzrə yeni layihəyə başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2006 13:27 (UTC +04:00)

Ümumdünya ərzaq proqramı (ÜƏP) Dağlıq Qarabağ münaqişəsi nəticəsində daxili qaçqın olmuş143 min azərbaycanlıya ərzaq yardımının göstərilməsi üzrə layihənin başlanmasını elan edib. O, donorları layihənin reallaşması üçün vəsait ayırmağa dəvət edib.

Trend in BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi xəbərə görə, ÜƏP-in regional diretkoru Əmir Abdil qeyd edib ki, ola bilsin, bu, ÜƏP əməliyyatının Azərbaycandakı fəaliyyətinin son səhifəsidir. O əlavə edib ki, ÜƏP məsuliyyətinin müntəzəm surətdə ötürülməsini təmin etmək üçün yeni layihənin donorlar tərəfindən maliyyə cəhətdən dəstəklənməsi hökümət üçün çox vacibdir.

Onun sözlərinə görə, yeni iki illik proqram daha zəif təbəqənin - qadın və uşaqların ərzaqla təmin edilməsini nəzərdə tutub. Ümumi dəyəri 15,7 milyon ABŞ dolları olan təxminən 27 min ton ərzağın alınması planlaşdırılıb.

13 il bundan əvvəl Dağlıq Qarabağdan getdikdən sonra onun keçmiş sakilərinin milyondan çoxu əvvəlki kimi yol verilməyən şəraitdə yaşayırlar. Onlardan təxminən 300 min nəfərin ərzaq təhlükəsizliyi beynəlxalq cəmiyyətin və ya hökümətin yardımından asılıdır.

Bütövlükdə son 12 il ərzində ÜƏP münaqişə nəticəsində qaçqın olmuş azərbaycanlılara ərzaq yardımı göstərmək üçün 100 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti