...

Azərbaycan prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi: Hələlik tərəflərin razılaşdırılmış "saziş" layihəsi yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2006 15:44 (UTC +04:00)

Danışıqlar masasında imzalana bilən hər hansı bir "çərçivə sazişinin" hazır layihəsi yoxdur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 3-də Azərbaycan prezidentinin Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi, xarici işlər naziri müavini Araz Əzimov jurnalistlərə bəyan edib.

"Bizə ilk növbədə belə bir sənədin layihəsini hazırlamaq lazımdır. İndiyə qədər konkret elementlər üzrə müzakirələr aparılıb, hətta bu elementləri yazılı şəkildə ifadə etmək cəhdləri olub, lakin bu, o demək deyil ki, biz bunları itirmişik" - deyə diplomat qeyd edib. "Ermənistan məsələni beynəlxalq hüquq çərçivəsində həll etmək niyyətində deyilsə, ona müəyyən vaxt tələb olunacaq və biz onlara bu vaxtı verəcəyik" - deyə nazir müavini əlavə edib.

Hərbi əməliyyatların bərpasına görə məsuliyyətin tərəflərin öz üzərinə düşəcəyi barədə Minsk Qrupu həmsədrlərinin son bəyanatını şərh edən A.Əzimov deyib ki, indiyə qədər Azərbaycan prezidenti bir dəfə də olsa hərbi əməliyyatlara çağırışla çıxış etməyib. "Azərbaycan müharibənin tərəfdarı deyil, lakin ərazi bütövlüyü istənilən vasitə ilə bərpa oluna bilər" - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti