...

Azərbaycanın Tərtər rayonunda minaların aşkar və məhv edilməsi üzrə işlər uğurla həyata keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2006 18:31 (UTC +04:00)

Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən təşkil olunmuş icma qrupları ölkənin Tərtər rayonunda maarifləndirmə işləri aparırlar.

ANAMA-nın mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, rayon əhalisi rast gəldikləri təhlükəli yerlər və sursatlar barədə əlaqədar orqanlara məlumat göndərməyə başlayıb.

O cümlədən, maarifləndirmə işi sayəsində Tərtər rayonunun Hüsənli kəndində son iki ay ərzində "TM-62" və "PMN-2" tipli iki mina aşkar olunub.

Birinci mina artıq məhv edilib, ikinci minanın yerləşdiyi yer işarələnib və ANAMA mütəxəssisləri yaxın günlərdə onun zərərsizləşdirilməsi üzrə tədbir görəcəklər.

Xəbər lenti

Xəbər lenti