...

Səməd Seyidov: "AŞPA-nın növbəti sessiyasında da Qarabağla bağlı Azərbaycanın haqq səsini Avropa deputatlarına çatdıracağıq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2006 19:45 (UTC +04:00)

"Azərbaycanın beynəlxalq aləmdə mövqeləri getdikcə möhkəmlənir, bu gün ölkəmizin beynəlxalq əlaqələrdə öz yeri var". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Azərbaycanın Avrora Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

O, qeyd edib ki, bugünkü önəmli hadisə - Bakı-Tbilisi-Ceyhan kəmərinin açılış mərasimi, bu layihənin reallaşması, layihənin superdövlətlər tərfindən də dəstəklənməsi Azərbaycanın mövqelərinin güclənməsindən xəbər verir: "BTC-nin təntənəli açılış mərasimi, dünya dövlətlərinin diqqət mərkəzində olması onu göstərir ki, Azərbaycan təkcə iqtisadiyyat sahəsində inkişaf etmir, həm də beynəlxalq siyasətdə də mövqeləri möhkəmlənir".

Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilərə tərəfindən yandırılması faktlarına da toxunub və bildirib ki, nümayəndə heyətimiz Aropa Şurasına (AŞ) bununla bağlı mühüm sənədləri təqdim edib: "Biz audio-video kasetləri, xəritələri, Aropa Şurası tərəfindən təsdiq olunmuş sənədi, təşkilatın rəhbərləri ilə keçirilən rəsmi görüşlər, AŞPA-dakı çıxışlar barədə materialları təqdim etmişik. Amma Avropa Şurası dünyada yanğınsöndürən təşkilat deyil, dünyada rəy formalaşdıran bir qurumdur. 46 dövlət arasında bu rəy artıq mövcuddur, ancaq nə edəsən ki, separatçı qüvvələr dünyaya meydan oxuyaraq, heç bir qanuna məhəl qoymayaraq yenə də öz cinayətkar əməllərinə davam edirlər. Ermənistan və onun separatçı qüvvələri heç bir beynəlxalq təşkilatın fikrinə, rəyinə, məsələn, BMT-nin qətnamələrinə, Avrpa Şurasının bir il əvvəlki qətnaməsinə, Avropa Birliyinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi bəzi sənədlərə məhəl qoymur. Amma biz əminik ki, bu cinayətlər bir gün sona yetəcək. Dünya birliyi Azərbaycanın ərazi b
ütölüyünü dəstəkləyir, mövcud vəziyyəti, Azərbycanın problemlərini başa düşür, digər tərəfdən isə cinayətkar rejim və Ermənistan bunlara fikir vermədən öz siyasətinə davam edir. Bu da artıq dünya ictimaiyyətində rəy formalaşdırır və bu da Azərbaycanın xeyrinə yönəlir".

S.Seyidov onu da deyib ki, AŞPA-nın növbəti sessiyasında da Qarabağa dair müzakirələr olacaq: "Azərbaycan 6 ildir Avropa Şurasında həqiqi üzv kimi fəaliyyət göstərir, yadıma gəlmir ki, hansı sessiyadasa Qarabağla bağlı danışıqlar, görüşlər, çıxışlar olmasın. Növbəti sessiyada da Qarabağla bağlı Azərbaycanın haqq səsini Avropa deptutlarına çatdıracağıq. Bizim deputatlar bu məsələlərdə çox fəaldırlar".

S.Seyidov həmçinin deyib ki, seçki məsələləri ilə bağlı AŞ-nin Venesiya Komissiyası ilə işlər davam etdirilir. Onun sözlərinə görə, hər bir beynəlxalq təşkilatlarla, o cümlədən də AŞ-nin Venesiya Komissiyası ilə əməkdaşlıq vacibdir: "Ən əsası odur ki, Azərbaycanın maraqları qorunsun, ikincisi onların təqdim etdiyi layihələr maraqlarımız çərçivəsində həyata keçirilsin".

Xəbər lenti

Xəbər lenti