...

Fazil Qəzənfəroğlu: "Qoran Lenmarkerin Dağlıq Qarabağ üzrə məruzəçi vəzifəsində qalması heç nəyi dəyişməyəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2006 12:14 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarkerin Dağlıq Qarabağ üzrə məruzəçi vəzifəsində qalmasının Azərbaycana nə faydası olacaq, nə də zərəri. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, ötən gün ATƏT PA-nın rəsmisi Andres Beyker Qoran Lenmarkerin assambleyanın sədri vəzifəsi ilə yanaşı Dağlıq Qarabağ üzrə məruzəçi missiyasını da yerinə yetirəcəyini bildirib. Xatırladaq ki, Qoran Lenmarker ATƏT PA-nın Brüsseldə keçirilən yay sessiyasında assambleyanın yeni sədri seçilib. Dağlıq Qarabağ üzrə isə yeni məruzəçinin təyin ediləcəyi gözlənilirdi.

F.Qəzənfəroğlu isə bildirib ki, Qoran Lenmarkerin Dağlıq Qarabağ üzrə məruzəçi missiyasını yerinə yetirməsi prosesə heç bir təsir göstərməyəcək: "Çünki onun Dağlıq Qarabağla bağlı hazırladığı məruzə tərəfləri qane etməyib. Onun yenidən bu missiyanı üzərinə götürməsinin mənası da yoxdur. Ona görə ki, bundan əvvəl hazırlanan və sonra hazırlanacaq məruzə tərəflər arasında razılaşdırılmayacağından assambleyanın müzakirəsinə çıxarlmayacaq".

Millət vəkili onu da vurğulayıb ki, Qoran Lenmarker Dağlıq Qarabağ problemi ilə bağlı yaxından tanış olduğundan yeni məruzəçiyə ehtiyac olmadığını düşünüb. Ona görə də missiyanı davam etdirməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti