...

Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə ermənilərin işğalçı siyasəti ilə bağlı iki yazılı müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2006 14:01 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə iki yazılı müraciət ünvanlayıb. Bu barədə Trend ə Qənirə Paşayevanın özü məlumat verib.

Millət vəkili bildirib ki, bu müraciətlərdən biri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlıdır: "Müraciətdə 1994-cü ildə əldə olunan atəşkəs rejiminə Ermənistanın riayət etməməsi, onun bu məddət ərzində BMT Təhlükəsizlik Şurası və AŞPA-nın qətnamələrinin yerinə yetirməməsinə qədər göstərilib. Hətta vurğulanıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərzilərindən işğal olunmayan torpaqlarımızdakı mülki vətəndaşlara da atəş açırlar".

Q.Paşayeva müraciətində statistik rəqəmlər də göstərdiyini bildirib. Qeyd edib ki, atəşkəs müddəti ərzində erməni snayperləri 36 dinc sakini qətlə yetiriblər, 65-i yaralanıb, 41-i girov götürülüb, onlardan yalnız 31-ni azad etmək mümkün olub: "Atəşkəsin əldə olunmasından sonra ermənilər təmas xəttində yerləşən Azərbaycanın yaşayış yerlərindəki kommunikasiya xətləri və tikililəri partladıblar. 14 belə hadisə qeydə alınıb". Millət vəkili atəşkəsin intensiv surətdə pozulmasını Ermənistan prezidenti Robert Koçaryanın vaxtaşırı qızışdırıcı açıqlamaları və müdafiə naziri Serj Sarkisyanın 2006-cı ildə iki dəfə Dağlıq Qarabağın erməni separatçılarının hərbi təlimlərində iştirakı ilə bağlayıb.

Digər müraciət də ermənilərin işğalçı siyasəti ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti