...

Erməni tərəfi Azərbaycan XİN başçısı ilə Moskvada keçirilmiş məsləhətləşmələri faydalı hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2006 21:06 (UTC +04:00)

Erməni tərəfi Qarabağ probleminin nizamlanması üzrə cümə günü Moskvada keçirilmiş məsləhətləşmələri faydalı hesab edir. Bu barədə Ermənistanın xarici siyasət idarəsinin başçısı Vardan Oskanyan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunları ilə bağlı açıqlama verərkən bildirib.

"Məsələhətləmələr zamanı həmsədrlər tərəfindən səsləndirilən məsələlər nazirlərin oktyabrın sonunda keçiriləcək növbəti görüşünədək Yerevanda ciddi müzakirə predmeti olacaq", - deyə V.Oskanyan Ermənistan XİN-in mətbuat və informasiya üzrə idarəsində bəyan edib. Bu barədə "ARKA" agentliyi xəbər verir.

Ermənistan və Azərbaycan xarici siyasət idarələri başçılarının görüşü ATƏT Minsk qrupu həmsədərlərinin himayəsi ilə Rusiyanın Xarici İşlər Nazirliyində keçirilib.

Nazirlər arasında baş tutan məsləhətləşmələr zamanı danışıqlar prosesində olan və hələlik həll olunmamış problemlər, eləcə də tərəflər arasında mövcud müxtəlif yanaşmaların aradan qaldırılması üzrə həmsədrlərin ideyaları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti