Avropa Birliyi arasında imzalanacaq Fəaliyyət Planında Azərbaycanla bağlı "ərazi bütövlüyü" ifadəsi başqa ifadə ilə əvəz oluna bilməz. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir qeyd edib ki, Avropa Birliyinin xarici əlaqələr və Yeni Qonşuluq Siyasəti üzrə komissarı Benito Ferrero -Valdnerin Fəaliyyət Planına "ərazi bütövlüyü" ifadəsinin əvəzinə başqa ifadə işlədilməsini təklif etməsi gecdir.
"Azərbaycannı ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər sənədlərdə də qeyd olunub" - deyə nazir bildirib.