...

Ermənistan XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin tez həll olunmasını heç kim bizim qədər istəmir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 16:53 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin tez həll olunmasını heç kim bizim qədər istəmir. Trend in verdiyi xəbərə görə, bu barədə ATƏT XİNŞ-in 14-cü iclasında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bəyan edib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ümid verir ki, hətta baxışlarımızın ayrıldığı prinsiplər əsasında razılıq əldə etmək olar.

"Uzunmüddətli həll Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusundan asılı olacaq. Münaqişə bu təhlükəsizliyin pozulmasından başlayıb, onların özlərinin bunu müəyyənləşdirmək haqqına isə etinasız yanaşılır", - V. Oskanyan vurğulayıb.

Erməni naziri qeyd edib ki, münaqişənin nizama salınması prinsiplərinin müzakirəsində məqsəd Dağlıq Qarabağ xalqının münaqişənin nəticələrinin müəyyənləşməsi və aradan götürülməsi hüquqlarının təmin olunmasıdır. "Biz istisna etmirik ki, Azərbaycan həqiqətən də Dağlıq Qarabağ xalqının öz gələcəyini, təhlükəsizlik sistemini və statusunu müəyyənləşdirmək hüququnu tanımağa və hörmət etməyə özündə iradə tapacaq" -deyə Ermənistan XİN başçısı bəyan edib.

V.Oskanyan qeyd edib ki, bir neçə gündən sonra Dağlıq Qarabağda "referendum" baş tutacaq. O deyib ki, son 15 ildə Dağlıq Qarabağda siyasi institutlar yaradılıb, seçkilərin nəticəsi olaraq hakimiyyət formalaşıb, hüquqi sahə inkişaf edib. "OnlarəƏsas qanunun vacibliyini və onun qəbul olunmasında referendumun düzgün yol olduğunu dərk edirlər"- deyə V.Oskanyan qeyd edib.

Xəbər lenti

Xəbər lenti