...

Dekabrın 13-də qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2006 11:54 (UTC +04:00)

ATƏT-in faliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il dekabrın 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Moniorinqi Azərbaycan tərəfində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Günter Folk keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Vimetal və Jaslan Nurtazin keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti