ATƏT-in faliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il yanvarın 11-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik - leytenant İmre Palatinus və Jaslan Nurtazin keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk, Piter Ki və Miroslav Vimetal keçirəcəklər.